"Turan Tovuz"un legioneri Azərbaycana nə vaxt qayıdacaq?

13:47 - 21 Fevral 2025

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller yaxın günlərdə Bakıya qayıdacaq.

Sportal.az xəbər verir ki, zədə səbəbindən əməliyyat edilmiş panamalı futbolçu millinin həkimlərinin nəzarəti altında reabilitasiya dövrünü başa vurub və tezliklə bu prosesi klubda davam etdirəcək. 

Roderikin Misli Premyer Liqasının dördüncü dövrəsinin başlamasından əvvəl “Turan Tovuz”a qoşulacağı gözlənilir.

32 yaşlı müdafiəçinin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Premyer Liqa klubuna 2023-cü il martın 22-də gəlmişdi.

 

Xəbər xətti