"Milan"ın Çempionlar Liqasında "Feyenoord"a uduzaraq avrokuboklarda iştirakını dayandırması Serjio Konseysao üçün baha başa gələ bilər.
Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər"in rəhbərliyi portuqaliyalı mütəxəssisi postundan göndərməyə çalışır.
Artıq baş məşqçi postuna namizəd də bəllidir.
Belə ki, "Milan" Mauritsio Sarri ilə danışıqlara start verib.
Hazırda bu komanda İtaliya A Seriyasında 7-ci pilləni tutur.
50 yaşlı mütəxəssisin "Milan"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü il dekabrın 30-da İtaliya klubu ilə müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi