“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İtaliyaya dönməyə hazırlaşır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, italiyalı artıq “Yuventus”la razılaşıb. Belədə, Duqlas Luis “Nyukasl”a qayıda bilər. Bununla belə, Sandronun özü üçün vacib şərt "Yuventus"un gələn mövsüm Çempionlar Liqasında iştirakıdır.
İtaliya klubu Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə yeni investisiyalar planlaşdırmır.
PSJ-dən icarəyə götürülən Randal Kolo Muaninin gələcək taleyi də komandanın hansı turnirdə iştirak etməsindən asılıdır. 24 yaşlı yarımmüdafiəçinin “Nyukasl”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 3-də “Milan”dan İngiltərə klubuna keçmişdi. Tonali “Breşiya”da da oynayıb.
saytlarin hazirlanmasi