"Kəpəz"də qalmadı, Braziliya klubuna keçdi

20:22 - 23 Fevral 2025

"Kəpəz"in yollarını ayırdığı Viktor Braqa klubsuz qalmayıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Braziliyada oynayacaq.

O, “Rio Branko” ilə anlaşıb. Braqanın yeni komandası Braziliya D seriyasında çıxış edir.

Qeyd edək ki, Viktor yayda “Kəpəz”lə 1 illik müqavilə imzalamışdı.
 

Xəbər xətti