Kurban Berdiyev: "Mübarizə aparmaq asan deyildi"

18:18 - 23 Fevral 2025

"Çətin oyun oldu. Şərtlər hər iki komanda üçün bərabər idi. Mübarizə aparmaq asan deyildi. Hər iki tərəfin fürsətləri oldu. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

Sportal.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin sualarını cavablandırıb.

- Hakimliklə bağlı hər hansı narazılığınız yoxdur?

Xeyr. Hakimlər oyunu yaxşı idarə etdilər.

- Komandanız günü-gündən inkişafdadır. Avrokubok şansı haqda nə deyə bilərsiz?

Oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq.

Xəbər xətti