"Atletiko" İspaniya Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində sabah "Barselona"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matçdan öncə rəqib həmkarı haqda danışıb. Argentinalı mütəxəssis "Barselona"nı çalışdıran Hansi Flik barədə xoş sözlər səsləndirib:
"Barselona"nın gücü baş məşqçisindədir. Hansi Flik öz oyun tərzini futbolçulara aşılaya bilir. Onun gəlişinin komandaya faydalı olduğuna inanıram. La Liqanın ən yaxşı komandası "Barselona"dır. Çox yaxşı hücum edirlər".
Qeyd edək ki, "Barselona" - "Atletiko" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.
saytlarin hazirlanmasi