Renat Dadaşov Polşa klubunda, "Legiya" ilə oyunu izlədi - Polşa mətbuatı

09:55 - 24 Fevral 2025

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşaya yollanıb. 

Sportal.az xəbər verir ki, bu ölkənin “TVP SPORT” portalı Dadaşovun millimizin digər futbolçusu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacağını yazıb. 

Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub. “Radomyak”ın baş məşqçisi, portuqaliyalı Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib: 

“Bu, bizim tanıdığımız oyunçudur. O, əlbəttə ki, bizə başqa variant təqdim edə və bizə yeni imkanlar verə bilər. Artıq dedim ki, son anda transfer imkanı yaranarsa, bundan yararlana biləcəyik. İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.

Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.


 

Xəbər xətti