Bu gün Misli Premyer Liqasının 24-cü turunda əlverişsiz hava şəraitinə görə təxirə salınan “Zirə” - “Kəpəz” matçı keçiriləcək.
Sportal.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Oyuna 18:00-da start veriləcək.
Misli Premyer Liqası
XXIV turdan təxirə salınmış oyun
24 fevral
18:00 "Zirə" – "Kəpəz"
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu