AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
19 fevral 2025-ci il tarixində I Liqada XV turun “Cəbrayıl” – “Karvan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);
19 fevral 2025-ci il tarixində I Liqada XV turun “Cəbrayıl” – “Karvan” oyununda “Karvan” komandasının nümayəndəsi “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 51.8);
19 fevral 2025-ci il tarixində I Liqada XV turun “İmişli” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 6 nəfər sarı vərəqə aldığına görə “Zaqatala” komandası 70 manat cərimə edilir (maddə 37);
19 fevral 2025-ci il tarixində I Liqada XV turun “İmişli” – “Zaqatala” oyununun 42-ci dəqiqəsində “Zaqatala” klubunun 12 nömrəli futbolçusu Həsən Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zaqatala” klubu 100 manat cərimə edilir (maddə 41);
20 fevral 2025-ci il tarixində I Liqada XV turun “Baku Sporting” – “Mingəçevir” oyununda “Baku Sporting” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilir (maddə 37);
20 fevral 2025-ci il tarixində I Liqada XV turun “Baku Sporting” – “Mingəçevir” oyununun 60-cı dəqiqəsində “Baku Sporting” komandasının qapıçı məşqçisi Toğrul Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Baku Sportinq” komandası 100 manat cərimə edilir (maddə 42.4);
20 fevral 2025-ci il tarixində I Liqada XV turun “Difai” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilir (maddə 37).
saytlarin hazirlanmasi