Qvardiolanı "Mançester Siti"də həmyerlisi əvəzləyə bilər

15:49 - 26 Fevral 2025

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İngiltərəyə qayıda bilər.

Sportal.az “II Messaggero”ya istinadən xəbər verir ki, “Arsenal”ın sabiq futbolçusu bu dəfə “Dumanlı Albion”a baş məşqçi kimi qayıdacaq.

O, “Mançester Siti”ni çalışdıra bilər. Artıq tərəflər arasında danışıqlar da gedir.

"Şəhərlilər" Xosep Qvardioladan narazı olduğu üçün Fabreqasla razılıq əldə edib.

Xəbər xətti