Sabiq "Beşiktaş"lının yeni klubu bəlli oldu

23:27 - 25 Fevral 2025

"Beşiktaş"ın sabiq baş məşqçsi Valerien İsmaelin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, İngiltərə Çempionşip təmsilçilərindən olan "Blekbern" 49 yaşlı mütəxəssislə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, İsmael 2022-ci ilin mart ayından oktyabr ayınadək "Beşiktaş"a rəhbərlik edib. Fransalı çalışdırıcı son olaraq daha bir Çempionşip təmsilçisi "Uotford"un baş məşqçisi olub.

Xəbər xətti