"Leypziq"in müdafiəçisi Kastello Lyukeba karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, bir neçə klub fransalı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Mançester Yunayted", "Liverpul" və "Çelsi" Lyukebanı transfer etmək istəyir. Almaniya klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, "Leypziq" Kastello Lyukebanı 2023-cü ilin avqust ayında "Lion"dan transfer edib. Fransa U-23 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 20 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi