Türkiyə Kubokunda qrup mərhələsinin 3-cü - sonuncu turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, doğma meydanda "Rizəspor"u qəbul edən "Trabzonspor" 5:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, A qrupunda yer alan Qaradəniz təmsilçisi 7 xalla 1-ci pillədə yer alaraq adını 1/4 finala yazdırıb. "Rizəspor" isə 3 xalla qrupu 4-cü pillədə yekunlaşdıraraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
"Trabzonspor" - "Rizəspor" 5:2
Qolar: Lundstram,14, E.Viska 41, B.Mendi 45, M.Çam 59, S.Banza 83, - V.Jureçka 63(pen), Hojer 89.
saytlarin hazirlanmasi