"Ruzenborq"un yarımmüdafiəçisi Sverr Nipan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "TBR Football" məlumat yayıb.
"Mançester Siti" 18 yaşlı orta xətt oyunçusunu yayda heyətinə qatmağı planlaşdırır. Gənc futbolçu ilə "Arsenal"da maraqlanır.
Qeyd edək ki, Sverr Nipan "Ruzenborq"un yetirməsidir. Norveç U-21 millisinin üzvü 2022-ci ilin yanvar ayından əsas komandaya cəlb olunub.
saytlarin hazirlanmasi