“Zirə”nin futbolçusu Salifu Summanın xidmətində maraqlı olan daha bir klub bəlli olub.
Sportal.az xəbər verir ki, söhbət “Fənərbaxça”dan gedir. Bu iddianı Qvineyanın “imedias.net” portalı irəli sürüb.Qvineyalı həmkarlarımızın yazdığına görə, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Sumanı sərəncamında görmək istəyir.
Hətta Türkiyə klubunun qvineyalı üçün “Zirə”yə 800 min avro ödəyəcəyi də gözlənilir. Artıq tərəflər arasında ilkin təmasların olub və transferin reallaşmaq ehtimalı yüksəkdir.Türkiyə klubu cari mövsümün sonuna kimi bütün məsələləri həll etmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Sumanın Bolqarıstanın ÇSKA klubuna keçmək ehtimalının yüksək olduğu bildirilirdi. Ona “Qrenobl”, “Kayserispor”, “Finiks Risinq” klubları maraq göstərir. Salifunun "Zirə" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.
saytlarin hazirlanmasi