"Altı gün ərzində 3 oyundan sonra Messinin istirahət etməsinin daha yaxşı olacağını düşündük"

12:59 - 3 Mart 2025

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin MLS-də “Hyuston Dinamo” ilə matçda iştirak etməməsi ilə bağlı sualı cavablandırıb.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisinin oynamamasına bu cür aydınlıq gətirib:

"Əlbəttə ki, bu barədə Leo ilə danışmışıq və mən həmişə təkrar edirəm: dünyada Leo qədər öz bədənini daha yaxşı bilən futbolçu tanımıram.Altı gün ərzində üç matçdan sonra Messinin istirahət etməsinin daha yaxşı olacağını düşündük. Xüsusən də 2,5-3 saat vaxt aparan uçuşların olduğunu nəzərə aldıq".

Qeyd edək ki, “İnter Mayami" bu görüşdə rəqiibnə 4:1 qalib gəlib.

Xəbər xətti