Keçmiş ispaniyalı hakim Antonio Mateo Laos "Barselona"nın La Liqanın 26-cı turunda öz meydanında "Real Sosyedad"ı 4:0 hesabı ilə məğlub etdiyi görüş haqqında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Laos "Real Sosyedad"ın futbolçusunun qırmızı vərəqə almasına şübhə ilə yanaşır.
Qeyd edək ki, oyunun 17-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Aritz Elustondo meydanın mərkəzinə yaxın zonada "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu yerə salaraq, onun qapıçı ilə təkbətək çıxmaq şansını əlindən alıb. Baş hakim Alexandro Quintero isə 30 yaşlı futbolçuya son ümid foluna görə birbaşa qırmızı vərəqə göstərib.
"Bu epizodun açıq qol vəziyyəti olması üçün bütün elementlər uyğun gəlməlidir. Fikrimcə, yanlış qərar idi. Olmonun hələ uzun müddət topu nəzarətdə saxlaması lazım idi. Bundan əlavə, məsafə də önəmlidir. Həmçinin Elustondonun komanda yoldaşı Xavi Lopes Karbalyo da onu sığortalamağa çalışırdı və Olmo ilə mübarizə aparmaq niyyətində idi"– deyə Mateo Laos bildirib.
saytlarin hazirlanmasi