“Barselona” “Rayo Valyekano”nun müdafiəçisi Andrey Ratiunu heyətinə qatmağı planlaşdırır.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi transferi yayda reallaşdırmaq niyyətindədir. Futbolçunun məxsus olduğu klub ona görə 25 milyon avro tələb edir.
İspaniya nəhəngi bu keçidi reallaşdıra bilməsə, “Monako”nun üzvü Vanderson üçün danışıqlar aparacaq. Lakin “Barsa” üçün prioritet məsələ Ratiunun transferidir.
O, “Vilyarreal”ın yetirməsidir. Futbolçu “Den Haa”, “Hueska” klublarında da çıxış etdikdən sonra “Rayo Valyekano”ya keçib. Andrey 2021-ci ildən Rumıniyanın əsas millisinin üzvüdür.
saytlarin hazirlanmasi