Ronaldo 1/8 finalın ilk matçını buraxacaq İrana getməkdən imtina etdi

22:31 - 2 Mart 2025

Portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo sabah Tehranda keçiriləcək "Əl-Nəsr"in "İstiqlal"a qarşı oynayacağı Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçının heyətinə daxil edilməyib.

Sportal.az xəbər verir ki, bundan əvvəl "Əl-Nəsr" təhlükəsizlik səbəbləri ilə bağlı matçın neytral meydançada keçirilməsini xahiş etmiş,lakin Asiya Futbol Konfederasiyası bu tələbi rədd edib və bütün iştirakçıların təhlükəsizliyinin təmin olunacağını bildirmişdi. Səudiyyə Ərəbistanı klubu bu qərarını 2023-cü ilin sentyabrında Tehranda baş verən hadisə ilə əlaqələndirib. Həmin vaxt İran azarkeşləri komandanın qaldığı otelə girməyə cəhd etmişdilər.

Qeyd edək ki, Ronaldonun yoxluğu ilə birlikdə "Əl-Nəsr" həmçinin əsas oyunçularının zədələnməsi ilə üzləşib. Bunlara Ottavio, Laport, Əbdülrəhman Qərib, Əli Ləcami, Əbdulla Əl-Haybari və Sultan Əl-Qənnam daxildir.

"Əl-Nəsr" və "İstiqlal" arasında cavab oyunu 10 martda Səudiyyə Ərəbistanında baş tutacaq.

Xəbər xətti