Premyer Liqada işləmiş azərbaycanlı mütəxəssis bölgə klubunda

12:21 - 3 Mart 2025

"Rəvan"ın sabiq baş məşqçisi Bəhmən Həsənov özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, PRO kateqoriyalı məşqçi "Xudat Siti"də çalışacaq.

O, bu klubun idman direktoru təyin edilib. Bölgə təmsilçisi bu mövsüm AFFA Region Liqasında iştirak edəcək. Həsənov "Xudat Siti"nin akademiyasına da nəzarət edəcək.

Əlavə edək ki, Region Liqasında yeni mövsümün püşkü sabah atılacaq və çempionat martın 8-də start veriləcək.

Xəbər xətti