İngiltərənin "Arsenal" klubu Qabriel Martinelli ilə yollarını ayıra bilər.
Sportal.az xəbər verir ki, London klubu braziliyalı vingeri satmağı planlaşdırır. Bu barədə "Goal" nəşri məlumat yayıb.
"Arsenal" yeni transferlərə büdcə ayırmaq üçün Martinellisi satmaq istəyir. Premyer Liqa nəhəngi 23 yaşlı ön xətt oyunçusu üçün gələcək sərfəli təklifləri dəyərləndirmək qərarı verib. Futbolçu ilə SƏudiyyə Ərəbistanı klubları maraqlanır.
Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında Braziliyanın "İtuano" klubundan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "topçular"In heyətində meydana çıxdığı 35 rəsmi matçda7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi