İngiltərə kubokunda 1/4 finalın püşkü atıldı: "Mançester Siti"nin rəqibi bəlli oldu

10:58 - 3 Mart 2025

İngiltərə kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, 1/8 finalda “Mançester Yunayted” səddini keçən “Fulhem” “Kristal Pelas”la qarşılaşacaq. Turnirin əsas favoriti “Mançester Siti” isə “Bornmut”u sınağa çəkəcək. Bu mərhələdə Premyer Liqa təmsilçisi olmayan yeganə klub "Preston"dur. Həmin komanda Çempionşipdə iştirak edir. 

1/4 finalda aşağıdakı cütlüklər çıxış edəcək:

“Fulhem" - "Kristal Pelas"
“Preston” – “Aston Villa”
"Bornmut" - "Mançester Siti"
“Brayton” – “Nottingham Forest”/”İpsviç”

1/4 final görüşləri martın 28-31-nə planlaşdırılıb0

Xəbər xətti