PSJ “Qalatasaray”ın da transfer siyahısında yer aldığı Lukas Şevalyeni heyətinə qatmağı planlaşdırır.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi “Lill”in qolkiperinə görə qarşı tərəfə rəsmi təklif göndərib.
Şevalye və klubu isə seçim etməkdə tələsmir. Çünki fransızlardan savayı, həm “Qalatasaray”, həm də “Milan” “Lill”lə rəsmi danışıqlara başlayıb. Lukas bu mövsüm Fransa Liqa 1-də 24 oyun keçirib.
23 yaşlı futbolçu “Lill” yetirməsidir. O, 2021-2022-ci illəri icarə əsasında “Valensiyen”də keçirib. Qapıçının hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.