Xavi "Milan"ın baş məşqçisi təyin oluna bilər

20:52 - 3 Mart 2025

"Milan" rəhbərliyi baş məşqçi Serjiu Konseysaunun işindən narazıdır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi portuqaliyalı mütəxəssislə yollarını ayırmağı planlaşdırır. Bu barədə Bu barədə "Jichajes" nəşri məlumat yayıb.

"Milan" artıq baş məşqçi postu üçün axtarışlara başlayıb. "Qırmızı-qaralar"ın əsas namizədi Xavi Ernandesdir. Klub rəhbərliyi son olaraq "Barselona"da çalışmış ispan mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Serjiu Konseysau ötən ilin dekabr ayında "Milan"ın baş məşqçisi təyin olunub. 50 yaşlı çalışdırıcı İtaliya Super Kubokunu qazansa da, sonradan komanda uğursuz çıxış etməyə başlayıb. "Milan" ölkə çempionatında keçirdiyi son 3 oyunda məğlub olub.

Xəbər xətti