"Fənərbaxça"nın futbolçusu 3 nəhəng klubun hədəfində

00:21 - 4 Mart 2025

"Fənərbaxça"nın gənc futbolçusu Yusuf Akçiçək daha 3 klubun maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, İstanbul nəhənginin Avropa Liqası çərçivəsində keçiriləcək "Reyncers" ilə matçında "Bayer", "Bavariya" və "Tottenhem" rəsmiləri stadionda müdafiəçini izləyəcəklər.

Qeyd edək ki, klubla 2028-ci ilə qədər müqaviləsi olan 19 yaşlı futbolçu bu mövsüm "Fənərbaxça"nın heyətində 13 oyunda forma şansı tapıb. Bu görüşlərdə isə 2 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti