Asiya Çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Əl-Nəsr" səfərdə "İstiqlal"ın qonağı olub.
Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun forma geyinə bilmədiyi görüş 0:0 hesabı ilə yekunlaşıb.
Daha öncə də bildirdiyimiz kimi, “Əl-Nəsr” portuqaliyalı ulduzun təhlükəsizliyi səbəbindən görüşün neytral meydanda keçirilməsini istəsə də, Asiya Futbol Konfederasiyası bu təkliflə razılaşmayıb. Bu səbəbdən də Ronaldo Tehrana yollanmayıb.
Qeyd edək ki, “Əl-Nəsr” və “İstiqlal” arasında cavab oyunu martın 10-da baş tutacaq.
saytlarin hazirlanmasi