"Sumqayıt" - "Qarabağ": Əsas heyət üzvləri oynamayacaq

13:22 - 3 Mart 2025

Bu gün Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, hər iki komanda matça itkilərlə çıxacaq. Vaqif Cavadov Alan Dias, İsa Suliman zədəli, Səbuhi Abdullazadə isə cəzalı olduğu üçün onların xidmətindən istifadə edə bilməyəcək.

“Qarabağ”da isə meydana diskvalifikasiya olunmuş Kevin Medina və zədədən sonra müalicəsini davam etdirən Abbas Hüseynovsuz çıxacaq.

“Sumqayıt" - "Qarabağ" oyunu bu gün Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və görüşə 19:30-da start veriləcək.

Xəbər xətti