İspaniyanın "Barselona" klubu uğurlu mövsüm keçirən Rafinya ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi braziliyalı vingeri uzun müddət komanda da saxlamağı planlaşdırır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" Rafinyanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır. 28 yaşlı futbolçu ilə yeni sözləşmə barədə danışıqlar yaxın vaxtlarda başlayacaq.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi