"Tottenhem" "Leypziq"dən icarəyə götürdüyü Timo Vernerlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu alman hücumçunun transfer hüququna yiələnməyəcək. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Tottenhem"in məşqçilər korpusu Vernerin performansından məmnun deyil. Paytaxt klubu 28 yaşlı forvard üçün 8,5 milyon funt-sterlinqlik satınalma bəndini işə salmayacaq. Futbolçu yayda "Leypziq"ə qayıdacaq.
Qeyd edək ki, "Tottenhem" Timo Verneri ötən ilin yanvar ayında icarəyə götürüb. Almaniya millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi