"Komo"nun baş məşqçisi Sesk Fabreqasın xidmətində daha bir komanda maraqlıdır.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan" ispan mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır.
"Rossonyerlər" Serxio Konseysaonun işindən narazı olduğu üçün Fabreqasla danışıq aparır.
"Mançester Siti" rəhbərliyinin də istədiyi Seskin seçimini hansı komandadan yana edəcəyi dəqiqləşməyib.
37 yaşlı mütəxəssis 2024-cü il iyulun 19-dan “Komo”nu çalışdırır. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi