"Qalatasaray"ın futbolçusu Berkan Kutlu yeni sezona İspaniyada başlaya bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Rayo Valyekano”dan təklif gəlib. Madrid təmsilçisi türk futbolçu üçün hərəkətə keçib.
Hazırda İspaniya La Liqasında turnir cədvəlində 7-ci pillədə qərarlaşan avrokuboklara yollanmağı hədəfləyən klub Kutlu üçün “Qalatasaray”a təzminat da ödəməyə hazırdır. Türkiyə millisinin də üzvü olan Berkanın “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
İsveçrədə dünyaya gəlmiş yarımmüdafiəçi “Sion” və “Alanyaspor”da oynadıqdan sonra 2021-ci ildə “Qalatasaray”a keçib. Ötən sezon isə “Cenoa”da icarə əsasında çıxış edib.