Əliyev oynadı, "Eqnatiya" liderliyini davam etdirdi

23:01 - 2 Mart 2025

Albaniyada ölkə çempionatının 27-ci turunun bir sıra oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanda "Teuta" ilə qarşılaşıb. Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçda Əliyev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, hazırda "Eqnatiya" 49 xalla liderliyini davam etdirir.

Xəbər xətti