"Neftçi" "Kəpəz"lə matça itki ilə çıxacaq

18:51 - 4 Mart 2025

“Neftçi” Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandanın üzvləri Tovuza yola düşüblər.

Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.

Xəbər xətti