Kloze Emrelidən narazı qalıb: "Sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsız"

12:34 - 4 Mart 2025

Almaniya mətbuatı “Nürnberq”in baş məşqçisi Miroslav Klozenin komandanın bazar ertəsi məşqində azərbaycanlı hücumçu Mahir Emrelinin işindən narazı qalmasından yazıblar.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, xüsusilə, alman mütəxəssis futbolçunun topsuz çıxışından son dərəcə narazı qalıb:

"Top Emreli istədiyi zaman onun yanındadır. Əgər sadəcə topun sizə gəlməsini gözləsəniz, onu çox gözləməli olacaqsız".

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Nürnberq"lə müqavilə imzalayıb. Onun "Seul"a keçidi gündəmdə idi.

Xəbər xətti