İngiltərə FA Kubokunun 1/8 finalında "Plimut"la keçirilən (3:1) matçda zədələnən "Mançester Siti"nin müdafiəçisi Natan Ake ayağından əməliyyat olunub.
Sportal.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumata görə, mövsümü bitirməsi gözlənilən 30 yaşlı futbolçunun yaşıl meydanlara geri dönəcəyi tarix hələlik məlum deyil.
Qeyd edək ki, hollandiyalı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 18 oyunda forma şansı tapıb.
saytlarin hazirlanmasi