Samir Abasov: "İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?"

19:43 - 5 Mart 2025

"Qol buraxdıq, amma qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunun "Kəpəz"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Qarşıdakı turda "Turan Tovuz"a qarşı oynayacaqsız. Bu iki görüş "Sabah"a turnir cədvəlində çatmaq baxımından önəmli idi?

- Bizim üçün motivasiya udmaqdır. Oyuna yaxşı başladıq, epizodlar əldə etdik. Son verilən qərarlar, keyfiyyət baxımından axsıyırıq. Bütün oyunlar önəmlidir, daha da önə getmək baxımından deyirəm. Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq.

- Asan qol buraxdığınızı demək olar?

- Epizod hardan başladı, necə oldu, ona baxmaq lazımdır. Bilmirəm, epizodu xatırlayıram, ya yox. Ağadadaş Salyanskidə yaxşı şans var idi, amma başını çəkdi. Bu da suallar yaradır ki, niyə belə şey etdi? Videoyaya baxandan sonra nələrsə deyəcəm. Deyəsən, o epizoddan sonra qapımızda qol gördük. Onun ardı idi, ya yox, dəqiq xatırlamıram.

- "Neftçi” çox sadə qollar buraxır. Ötən mövsümkü beşli müdafiədir. Sizə elə gəlmir ki, daha güclü və daha səviyyəli müdafiəçilərə ehtiyac var?

- Bütün mövqelərə baxanda, mən istədiyim tipdə futbolçulara ehtiyac var. Biz də anlayırıq ki, həmin vəziyyətdən danışmaq gecdir və yersizdir. Son oyunlarda çox da qol buraxmamışıq. Müdafiədən yox, hücumdan danışmaq istəyirəm. Belə oynamaq olmaz. Ağadadaşdan çox narazı qaldım. Akademiyamızdan çıxan uşaşqlar anlamalıdır ki, bu gün nə qədər azarkeşlərimiz dəstək olurlarsa, belə oyunla özləri haqda rəyi də yerə vururlar. Rəqibin heyətində Paçu Lira var idi, bilirdin ki, hücumçudur. Aqressiv idi, müdafiəçilərimizə yapışırdı. Amma bunu Ağadadaş haqda deyə bilmərəm. Fasilədə özünə də dedim ki, elə oyna, rəqib hücumçumuz olduğun…

- Yuri Matias Braziliyaya mətbuatına şəxsi problemlərindən danışıb və ölkəsinə qayıda bilər. Klubun bunun mövqeyi necədir? Sanki əvvəlki Matias deyil...

- Məndən qabaqkı Matiası tanımırdım, onu rəqib kimi görmüşdüm. Braziliya mətbuatına verdiyi müsahibədən xəbərdaram. Heç vaxt görməmişəm ki, ailəsindəki problemi məşqinə və ya oyununa təsir etsin. O, digər futbolçularımız üçün nümunədir. Matiasın ailə vəziyyətindən xəbərimiz var. Fikri uşaqların yanında ola-ola bu cür oynadığı üçün Matiasa təşəkkür düşür.

- İntizam Komitəsi "Kəpəz"lə kubok görüşündəki kobudluğuna görə Sambuya iki oyunluq cəza verdi. Düşünmürsüz ki, "Kəpəz"lə matçdan sonrakı açıqlamanızın bura təsiri oldu?

- Məni niyə cəzalandırmalıdılarki?

- Qaydalara görə hakimlər haqda danışmaq olmaz...

- Nə danışdıq ki, cəza alaq?

- Demişdiz ki, VAR-ı rədd etmək lazımdır...

- Şəxsi fikrimdir. Futboldan VAR-ı rədd eləmək lazımdır demişdim. İnsanlar qol vurur, sonra sayılmır. Bildiyim qədərilə, İsveç VAR sistemini aradan götürüb. Şəxsi fikrimdir. İstəmirəm futbolda VAR olsun. Heç istəmirəm ki, futbol texnologiyalara bağlı olsun. Azərbaycanda da istəmirəm. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Əksinə, fikirləşirdim ki, “Neftçi”nin baş məşqçisi buna toxunursa, fikri ajiotaja yaradırsa... Haqlı olaraq orada qırmızı vərəqə olduğunu düşünmürdüm. Qaydalar nə deyir? Bunları kənara qoyduq. Fikirləşirdim ki, özləri də baxarlar, başa düşərlər və maksimum bir oyun edərlər. Sambu yoxdur, onun da altından çıxacağıq. Sırf mən dedim deyə, 2 oyun edirlərsə, hara gedib çıxacaq vəziyyət? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?

Mirbağırağa

Xəbər xətti