"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr və yarımmüdafiəçisi Manuel Uqarte sabah keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Sosyedad"a qarşı iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, hər iki futbolçu FA Kubokda keçirilən son "Fulhem"lə matçda zədələr alıb və qarşıdakı oyuna qədər bərpa ola bilməyib. Bu səbəbdən onlar bu gün keçirilən məşqi buraxıb və adları "Real Sosyedad"la matçın heyətində yoxdur.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın bu oyuna olan ilkin heyətində cəmi 18 futbolçu var, onlardan yalnız 15-i meydan oyunçusudur.
saytlarin hazirlanmasi