"Milan"ın futbolçusu Rafael Leao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Leao Kataloniya klubunun yay transfer pəncərəsi üçün əsas hədəfləri arasında yer alıb. "Barselona" rəhbərliyi yaxın vaxtlarda 25 yaşlı futbolçunun meneceri Jorje Mendeşlə görüşməyi planlaşdırır.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin avqust ayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi