Joze Mourinyo "Fənərbaxça"da qalacaq.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis özü də Türkiyədə qalmaq niyyətindədir.
İstanbul təmsilçisi Joze Mourinyo ilə müqavilə müddətini artıracaq. Türkiyə klubunun rəsmiləri 62 yaşlı portuqaliyalının rəhbərliyi altında komandanın qazandığı nəticələrdən razıdır. Hazırda tərəflər arasında danışıqlar gedir və ilkin razılıq əldə edilib.
Mourinyonun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2024-cü il iyul ayında “Fənərbaxça"ya baş məşqçi təyin edilmişdi.
Onun rəhbərliyi altında Avropa Liqasında 1/8 finala yüksələn klub Türkiyə Superliqasında da ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi