Bakıdakı dünya çempionatının püşkatma mərasimi keçiriləcək - FOTO

11:36 - 6 Mart 2025

Martın 12-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər bəlli olub.

Dünya çempionatında iştirak edən 32 komanda 4 səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb. 

Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti