Artıq uzun müddətdir ki, Almaniya mətbuatı “Mançester Siti”nin “Bayer”in futbolçusu Florian Virtzi heyətinə qatmaq istədiyi ilə bağlı iddia irəli sürüb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, alman futbolçunun agenti Covanni Brançini Mançester klubunun onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Belə ki, Brançini çıxan bütün xəbərləri yalanlayıb və Virtzin “Bayer”də qalacağını bildirib. 21 yaşlı futbolçunun Leverkuzen təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, 2020-ci il iyulun 1-dən Almaniya çempionunun formasını geyinir.
saytlarin hazirlanmasi