Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

14:48 - 5 Mart 2025

"Sivasspor" baş məşqçisi ilə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas təmsilçisi Ömər Ərdoğanla işbirliyinə son qoyub. 

Superliqa təmsilçisi ötən il dekabrın 19-da Ərdoğanı baş məşqçi postuna dəvət etmişdi.

Onun rəhbərliyi altında "Sivasspor" 12 görüşdə 1 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb, 8 dəfə məğlub olmuşdu. 

Xəbər xətti