Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, söhbət "Real"da çıxış edən Brahim Diasdan gedir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu mərakeşli vingeri transfer etmək istəyir. Ərəblər 25 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi