İspaniyanın "Real" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Liverpul"da çıxış edən İbrahima Konate ilə maraqlanır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Real" fransalı mərkəz müdafiəçisini yayda heyətinə qatmağı planlaşdırır. "Kral klubu" 25 yaşlı futbolçu üçün yaxın vaxtlarda danışıqlara başlayacaq.
Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi