UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının ən yaxşısı müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Liverpul"un qapıçısı Alisson Beker həftənin ən yaxşısı seçilib.
Braziliyalı qolkiper UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda qalib olub. Beker "Real"dan Rodriqo, "Bavariya"dan Harri Keyn və "Arsenal"dan Martin Edeqoru qabaqlayıb.
Qeyd edək ki, 32 yaşlı qapıçı "Liverpul"un səfərdə PSJ-ni 1:0 hesabı ilə məğlub etdiyi matçda qurtarışları ilə yadda qalıb.
saytlarin hazirlanmasi