"Liverpul" Almaniya millisinin üzvü ilə maraqlanır

18:36 - 8 Mart 2025

"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" alman futbolçunu transfer siyahısına daxil edib. Bu barədə"Bild" nəşri məlumat yayıb.

Premyer Liqa klubu Ştillerin performansını diqqətdə saxlayır. 23 yaşlı yarımmüdafiəçinin sərbəstqalma məbləği 36,5 milyon avrodur. "Liverpul"un yayda futbolçu üçün təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Anjelo Ştiller "Bavariya"nın yetirməsidir. Almaniya millisinin üzvü 2023-cü ilin yayından "Ştutqart"da çıxış edir. Orta xətt oyunçusu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti