"Trabzonspor" autsayderlə bacarmadı - VİDEO

00:38 - 9 Mart 2025

Türkiyə Super Liqasında 27-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, öz meydanında "Hatayspor"u qonaq edən "Trabzonspor" gözlənilmədən 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Qaradəniz təmsilçisi bu məğlubiyyətdən sonra 32 xalla 10-cu pillədə qərarlaşıb. "Hatayspor" isə bu mövsüm 3-cü qələbəsini alaraq 16 xalla 18-ci pillədədir.

Türkiyə Super Liqası 
27-ci tur

“Trabzonspor” - “Hatayspor” - 1:2

Qollar: O.Zubkov,42, - G.Sağlam,21, M.Matondo,65

Xəbər xətti