Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda keçirilən 20 yaşlı şahmatçılar arasında dünya çempionatında çıxışını başa vurub.
Sportal.az xəbər verir ki, şahmatçımız sonuncu – XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.
Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
saytlarin hazirlanmasi