Ançelotti Valverdeni razı sala bilsə... - sağ cinahda çıxışı heyranlıq doğurur

22:17 - 7 Mart 2025

"Real"da Federiko Vаlverdenin müdafiənin sağ cinahında çıxışı heyranlıq doğurur.

Sportal.az xəbər verir ki, "Relevo" nəşrinin məlumatına görə, yarımmüdafiəçinin bu mövqedə çıxışları məşqçi heyətinə çox yaxşı təsir bağışlayıb. Komanda daxilində də belə bir fikir formalaşıb ki, uruqvaylı futbolçu müdafiənin sağ cinahında oynayanda "Real"ı məğlub etmək çox çətin olur.

Klubda hesab edirlər ki, əgər Karlo Ançelotti Valverdeni daim bu mövqedə çıxış etməyə razı sala bilsə, o, dünyanın ən yaxşı sağ müdafiəçisi ola bilər.

Qeyd edək ki, 26 yaşlı futbolçunun özü də müdafiədə oynamağa hücumda vinger kimi çıxış etməkdən daha pozitiv yanaşır.

Xəbər xətti