Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionatın iddialı komandalarından "Karvan" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 22 xalı olan "Zaqatala" isə 5-ci yerdədir.
"Karvan" - "Zaqatala" 3:2
Qollar: E.Morgan, 28 (pen), 90+1, B.Teymurov, 58 - C.Cəbrayılov, 3, R.İsmayılov, 24